Göyçayda restoran yandı

Göyçayda restoran yanıb.

Sabahinfo.az xəbər verir ki, hadisə günorta saatlarında rayonun Səməd Vurğun küçəsində qeydə alınıb. İlkin məlumatalara görə, anidən başlayan yanğın qısa zamanda şiddətlənərək bütün restoranı əhatə edib. Yanğın nəticəsində restoranın otaqları, bütün əşyaları, məişət avadanlıqları yanaraq külə dönüb.

Əraziyə Fövqalədə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Ətrafda olan tikililər yanğından mühavifizə edilib, alov söndürülüb.

Faktla bağlı araşdırma aparılır.