Göygöl Rayon İcra Hakimiyyətinin inzibati binasında Firuzabad qəsəbəsində, Üçtəpə kəndində, vətəndaşların fərdi qəbulu keçirildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev tərəfindən növbəti vətəndaş qəbulu keçirilib. Qəbulda vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olunub, müraciət və təkliflər dinlənilib.
Qəbul zamanı şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının müraciətləri növbədənkənar dinlənilib, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.
Vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, məşğulluq, yaşadığı evin təmir olunması eləcə də digər sosial müdafiə məsələləri ilə bağlı olub.
Onu da qeydedək ki, Fevral ayında rayonun küçələrinə təmir işləridə aparılıbdır.
Göygöl şəhərinin prospekt və küçələrində abadlıq-quruculuq işləri hələdə davam etdirilir.
Belə ki, şəhərin S.Hacıyev küçəsində yerləşən yaşayış və inzibati binaların fronton və balkonlarında olan taxta elementlərinin cilalanması işləri aparılmış və laklanmış, prospektin divarları təmir olunaraq rənglənmiş, darvazalara lak və yağlı boya çəkilmişdir.
Sabina Danilova