Göygölün tarixinin Elvin Paşayev səhifəsi

Azərbaycanın hər qarış torpağı müqəddəsdir. Bur torpaqlar üzərində qanlar tökülüb, igidlərimiz şəhid olub. Aparılan milli mücadilədən sonra Azərbaycan Şərqdə ilk demokratik respublika olmaqla yanaşı ilk operanın, qadınlara ilk dəfə səsvermə hüququ verən ölkə kimi şərq tarixində xüsusi əhəmiyyətə malikdir. Müstəqilliyimizin ilk illərində həyata keçirilən işlər sayəsində iqtisadi inkişafı hədəf alan dövlət siyasəti nəticəsində bu gün Azərbaycan nəinki regionda o cümlədən dünyada söz sahibinə çevrilib. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanımız daim zirvələrdə, daim ilklər yaşayan ölkə adını alıb.
Həyata keçirilən siyasət bütün sahələri əhatə etdiyi kimi kadr, vətəndaşların sosial rifah halının yüksəldilməsini hədəfləyir. Bu yöndə atılan davamlı addımlar nəticəsində Göygöldə də müsbət dimanika hiss olunmaqdadır. Belə ki, rayona rəhbər təyin olunan Elvin Paşayevin gördüyü işlər nəticəsində Göygölün siması dəyişib.

Ölkəmizdə kənd təsərrüfatının inkişafında, o cümlədən yüksək məhsul istehsalında və ərzaq bolluğunun yaradılmasında mühüm amil hesab edilən suvarma sahəsində əməli addımlar atılır. Bunu Göygöl rayonunun timsalında da aydın görmək olar.
Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində kənd və qəsəbələrdə taxıl, bostan, tərəvəz, yem bitkiləri, habelə fərdi həyətyanı torpaq sahələrinin mövcud su mənbələri hesabına suvarılmasında əvvəllər mövcud olan problemlər demək olar aradan qaldırılmışdır.
Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri 82 kilometr uzunluğa malik Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur. Layihə əsasən Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun uzunluğu Toğanalı-Kəlbəcər yolunda 56 kilometr, Kəlbəcər-İstisu yolunda 26 kilometr təşkil edir. Toğanalı-Kəlbəcər layihəsində 16-cı kilometrlik hissədən Murovdağ silsiləsi başlanır və yüksəklik 1900 metrdən Murovdağ zirvəsinədək 3250 metrə qədər artır. Bu hissədə dünyanın əz uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir. Tunel bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq. Əlavə olaraq 561,2 metr, 605,1 metr və 888 metr uzunluğunda 3 tunelin tikintisi də həyata keçirilir.
 

“Heydər Əliyev ili” ilə bağlı tədbirlərə start verilib

2023-cü ilin “Heydər Əliyev” ilin elan edilməsi ilə bağlı Təqvim Planına uyğun olaraq Göygöl rayonunda silsilə tədbirlər keçirilir. Göygöl Rayon İcra Hakimiyyəti, YAP Göygöl rayon təşkilatı, Gənclər və İdman İdarəsinin və Gənclər evinin birgə təşkilatçılığı ilə 20 yanvar faciəsinin 33-cü ildönümü ərəfəsində “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masalar keçirilib. Gənclər evində keçirilən dəyirmi masada aidiyyəti dövlət qurumlarının rəhbərləri, 20 yanvar hadisə şahidləri, qazilər və gənclər iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dəyirmi masada çıxış edən natiqlər qeyd ediblər ki, gənclərimiz tarixi həqiqətləri bilməlidir. Yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır.
Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli lider Heydər Əliyev oldu. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat verdi.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Ulu öndər Heydər Əliyev dövrün mürəkkəbliyinə və görüləsi işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu. Məhz Ümummilli liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı.

Daha bir köhnə kəhriz təmir edilib

Göygöl rayonunun Mollacəlilli kəndində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) və BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə daha bir kəhriz bərpa olunaraq sakinlərin istifadəsinə verilmişdir.
Rayonun rəhbərliyi, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin əməkdaşları və Mollacəlilli kənd sakinlərinin iştirak etdikləri açılışda çıxış edənlər kəhrizin bərpasında xidməti olan təşkilatlara minnətdarlıqlarını bildirmiş və onun Mollacəlilli kənd sakinlərinin suya olan tələbatını qismən ödəyəcəyini qeyd edərək diqqətə çatdırmışlar ki, yeraltı suları yer səthinə çıxarmaq üçün istifadə olunan qurğulardan - kəhrizlərdən istifadə iqtisadi baxımdan daha səmərəlidir. Çünki kəhriz heç bir elektrik enerjisi sərf edilmədən öz axarı ilə fasiləsiz gələn içməli su və suvarma mənbəyidir.
Kənd turizminə diqqət
Göygöl öz təbiətinə, flora və faunasına görə seçilən rayonlardandır. Burada turizmin bütün növlərinə uyğun olan lazımi şərait var. Əsrarəngiz təbiəti, gözoxşayan mənzərələri ilə bərabər, rayonda çoxlu sayda tarixi abidələr də mövcuddur. Hazırda rayonda 31 yerli əhəmiyyətli tarixi və memarlıq abidələri var ki, onlardan da 8-i kurqan, nekropol və açıq düşərgə, digərləri isə bina və körpülərdir. Göygöl şəhərində 1854-cü ildə tikilmiş "Lüteran" kilsəsi, XVI əsrə aid ikigözlü və 1896-cı ildə tikilmiş üçgözlü, eləcə də XII əsrə aid Ağ körpülər, bundan başqa, Şəhriyar kəndində 1674-cü ildə tikilmiş Qabriyel kilsəsi, Çaykənddə tarixi məlum olmayan Anahid məbədi və Müqəddəs Məryəm kilsəsi, Yeni Zod kəndində Alban kilsəsi, Balçılı və Üçbulaq kəndlərinin ərazisində tarixi məlum olmayan Qız qalası, Köşkü kəndində Dəmir dövrünə aid kurqanlar, Balçılı və Quşqara kəndlərinin ərazisində Tunc dövrünə aid qəbirlər və s. turistlərin daha çox maraq göstərdikləri tarixi abidələrdir. Üstəlik, son illər kəndlərdə aparılan genişmiqyaslı abadlıq və yenidənqurma işləri, həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri rayonun ucqar yaşayış məntəqələrini də qonaqlar üçün cəlbedici etmişdir.

Səyyar görüşlər davam etdirilir

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib.
Səyyar qəbul zamanı bir qrup kənd sakinini dinləyən İcra başçısı mövcud problemlərin həlli, o cümlədən subartezian quyusunun təmiri, kəndə gedən yolun təmir olunması və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.

Aqrar sahənin inkişafı prioritetdir

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzində “Moruq təsərrüfatlarında mövcud vəziyyət, dövlət dəstəyi və inkişaf perspektivləri” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada Göygöl Rayon İcra Hakimiyyətinin başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Qocayev, Göygöl rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elməddin Əhmədov, Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və tərəvəzçilik şöbəsinin aparıcı məsləhətçisi İbrahim Zulbalayev, Şamaxı Üzüm Tingçilik Mərkəzinin mühəndisi Hasan Tahsin Sevinç və yerli fermerlər iştirak ediblər.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur. Aqrar sahənin, o cümlədən moruqçuluğun inkişafı üçün dövlətimiz tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir, bu sahənin inkişafı üçün subsidiyalar verilir. Tədbirdə keyfiyyətli moruq tinglərinin istifadəsinin əhəmiyyəti, yeni moruq sortları, aqrotexniki və aqrokimyəvi qulluq işləri ilə bağlı fermerlərə maarifləndirici məlumatlar verilib. Daha sonra Göygöl rayonunda moruq təsərrüfatlarının inkişafı və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb. Müzakirələrin sonunda bu formatda görüşlərin davamlı olacağı, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə fermerlərin məlumatlandırılacağı nəzərə çatdırılıb.

Vətəndaş məmnunluğu əsas hədəf kimi

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev tərəfindən keçirilən vətəndaş qəbulu zamanı qaldırılan məsələlər öz həllini tapır və vətəndaş məmnunluğu təmin olunur. Belə ki, vətəndaşların və avtomobillərin gecə saatlarında hərəkətinin təhlükəsizliyinin və rahatlığının təmin edilməsi məqsədi ilə Göygöl Rayon İcra Hakimiyyətinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Göygöl-Gəncə avtomobil yolunun gecə işıqlandırılması bərpa edilib, dayanıqlı və davamlı elektrik verilişi təmin edilib.

Sonda isə onu qeyd edim ki, cənab Prezident İlham Əliyevin mən hər bir azərbaycanlının Prezidentiyəm kəlamından irəli gələrək onun yerli nümayəndəsi Elvin Paşayev gördüyü işlərlə göygöllülərin rəğbətini qazanıb. Mən də Doğum Günündə bu yöndə yazı qələmə almaqla onu demək istəyirəm ki, Elvin Paşayevə rayonumuzun inkişafı ilə bağlı bir ağsaqqal kimi hər zaman dəstək verməyə hazıram. Elvin Paşayevə fəaliyyətində uğurlar arzu edirəm.

Yusif Xancanov

Göygöl Rayon Ağsaqqalı