Avqustun 7-si Gürcüstanda matəm günü olacaq.
Sabahinfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərlə söhbərində bildirib.
Onun sözlərinə görə, Oni bələdiyyəsindəki Şovi kurort zonasında baş vermiş torpaq uçqunu nəticəsində ölənlərin sayı 7-yə çatıb.
Baş nazir xilasedicilərin ötən gün 2, bu gün isə 5 nəfərin meyitini torpaq kütləsinin altından çıxardıqlarını deyib.