Gürcüstanda Şovi təbii fəlakət zonasında daha bir nəfərin cəsədi tapılıb.
Sabahinfo.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bunula da sürüşmə qurbanlarının sayı 22-yə çatıb.
Son məlumatlara görə, 11 nəfər itkin düşmüş hesab olunur. Xilasedicilər fəlakət bölgəsindən 200-dən çox insanı təxliyə edə bilib.
Şovidə xilasetmə işləri 9-cu gündür ki, davam edir.