Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfərə gedib.
Sabahinfo.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, xarici işlər naziri iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO-nun yubiley sammitində və tərəfdaş ölkələr formatında planlaşdırılan xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.
İ.Darçiaşvili sammit çərçivəsində planlaşdırılan digər tədbirlərdə də iştirak edəcək və ikitərəfli görüşlər keçirəcək.