Hacı Nasir partiya sədrinin yalan danışdığını iddia edir 

Salahzadələrlə  Quliyevlər arasında 25 ildir davam edən mülk mübahisəsi məsələsində ikincilərin nümayəndəsi kimi açıqlamalar verən Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu Pravda.az saytına müsahibəsində söylədiyi fikirlər təkzib olunmaqdadır. 
Ötən gün mövzu ilə bağlı "Rupor'"a açıqlama verən Qalib Salahzadə Ağasif Şakiroğlunun dediklərinin heç bir həqiqətə söykənmədiyini bildirmişdi. 
Ağasif Şakiroğlunun adını çəkdiyi daha bir şəxs də onun söylədiklərinin yalan olduğunu vurğulayıb: 
Hacı Nasir saytımıza açıqlamasında bunları deyib: 
"Ağasif mənim adımı halkabdırıb və deyib ki ona zəng edib həmin mülkləri, torpaq sahəsini alma istəmişəm. Onun söylədiyi bu fikirlər kökündən yalandır. Ağasif bu məsələdə söz sahibi deyil ki, mən ona zəng edim. Sözügedən torpaq ərazisinin və mülklərin Ağasifə heç bir aidiyyatı yoxdur. Belədə mən niyə ona zəng etməliyəm? Əksinə, o mənə zəng edib, bu mülkləri satmaq istədiyini deyib. Mən ona bildirmişəm ki,sənin olmayanı sən necə sata bilərsən? Bir daha vurğulayıram ki, Ağasif bu məsələdə heç kimdir, onunla danışmaq fikrinə düşmək belə, absurddur". 
Hacı Nasir daha sonra onu da bildirib ki, Rəsul Quliyevin qohumları, Telman və  Qardaşım Rza onunla bir dəfə görüşüblər: "Mənə dedilər ki, bəs məhkəmə işlərinə 70 min xərcimiz çıxıb, o pulu ver, ərazini sənə verək. Mən də onlara dedim ki, torpaq sizə məxsus deyil, onun sahibi var və onları da götürüb apardım Hacı Qalibin yanına. Hacı onlar bir neçə dəfəyə 70 min pul verdi, daha npvbəti prosesdən xəbərim yoxdur".