Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərə gəlib.
Sabahinfo.az xəbər verir ki, Hakan Fidan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Şuşa şəhərində təşkil olunan 27-ci iclasında iştirak edir.
Qeyd edək ki, iclasda 2023-cü ildə İƏT kontekstində əməkdaşlıq çərçivəsində görülən işlər və onun nəticələri qiymətləndiriləcək, təşkilatın gündəliyində duran cari məsələlər müzakirə olunacaq.