Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynanın baş naziri Denis Şmıqal ilə görüşüb.
Sabahinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, tərəflər Ukraynada davam edən müharibəni və “Taxıl sazişi”ni müzakirə ediblər.
Xatırladaq ki, H.Fidan Kiyevdə səfərdədir.