Hande Harmancıdan peyvənd MÜRACİƏTİ

"Biz valideyn olaraq uşaqlarımızı qorumaq üçün əlimizdən gələn hər şeyi edirik. Uşaqlarımıza bütün lazımi peyvəndləri vaxtında vurdurmağımız onları qorumaq üçün edə biləcəyimiz ən yaxşı addımdır".

Sabahinfo.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Dr. Hande Harmancı İmmunlaşdırma Həftəsi ərzində Göygöl rayonunda təşkil edilmiş tədbirdə deyib.

"Ümid edirəm ki, immunlaşdırma kampaniyası bu mesajı bütün ailələrə çatdırmağa kömək edir. Biz bütün tərəfdaşlarımızla birlikdə dövrümüzün ən vacib insan həyatını xilas edən vasitə hesab olunan peyvəndləri təbliğ etməyə davam edəcəyik", - Dr. Harmancı bildirib.

Qeyd edək ki, Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən Avropa İmmunlaşdırma Həftəsində Qobustan, Yevlax, Mingəçevir və Göygöl rayonlarında peyvəndlərlə bağlı maarifləndirmə xarakterli silsilə tədbirlər təşkil edilib.