Xəbər verildiyi kimi, mayın-16-da siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli sözü gedən görüşlə əlaqədar saytımıza açıqlama verib.
Asif Əsgərli bildirb ki, Azərbaycanda və regionda geosiyasi proseslərdə dəyişikliklər olub: "Azərbaycan dövlətinin inkişaf prioritetləri müəyyən olunub. Buna uyğun bütün sahələrdə, o cümlədən siyasi proseslərdə də inkişafa nail olunub. Bu proseslərin əsas avanqardı siyasi partiyalardır. Bu gün bu prosesi YAP siyasi proseslərin əsas avanqard partiyası olaraq aparır. Bildiyinz kimi YAP-da bir sıra struktur dəyişikləri baş verib və yeni prpoqram qəbul olunub. Mayın 16-da keçirilən görüşün də məqsədi odur ki, bu kimi inkişaf və dəyişikliyi digər siyas partiyalarda da olsun. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev siyasi partiyaların cəmiyyətdə artan rolunu ölkəmizdə formalaşmaqda olan yeni siyasi konfiqurasiyanın əsas elementlərindən biri kimi xüsusi vurğulayıb. Artıq siyasi partiyaların həm cəmiyyətdə, həm də siyasi proseslərdə rolunun artırılması, onların iştirakına genişimkanal verilsi üçün “Siyasi partiyalar haqqında” yenin qanun qəbul edilib. Əvvəlki qanundan fərqli olaraq yeni qanunda siyasi partiyaların həm funksionallığının artılması, həm də siyasi proseslərdə çevik iştirak edtməsi üçün geniş imkanlar yaradılıb”.
O deyib ki, bu gün partiyaların əksəriyyəti öz fikirlərini çatdırması, hətta debatlarda sərbəst şəkildə iştirak etməsi çox müsbıt haldır: “Dəfələrlə partiya rəsmiləri ilə Prezidentin təmsilçiləri arasında siayasi dialoq mühitində görüşlər keçirilməsi, siyasi partiya təmsilçiləri televiziyalara hökümət qurumları ilə sərbəst debat şəklində müxtəlif müzakirə olunmasına şahidi olduq. Və təbii ki, eyni zamanda siyasi partiyaların Azərbaycanda gedən proseslərlə bağlı həmrəyliyi nümayiş etdirdiyini gördük. Əvvəlki dövürlərdə əgər partiyalar qeyri- konstruktiv, hətta bəziləri aqressiv şəkildə bu proseslərdə iştriak edirdilərsə, amma bu gün daha çevik, konstruktiv şəkildə iştirak edirlər. Görüşdə qeyd olunduğu kimi, milli maraqlar və milli birliyin qorunması naminə ölkənin bütün vətənpərvər və intellektual qüvvələrinin səfərbər olmasının vacibdir. Əlbəttə ki, əsas məsələ mövcud dialoq mühitinin qorunub saxlanılması üçün milli birlik nümayiş olunmalıdır. Azərbaycanda bu gün rəsmi qeydiyyatdan keçən partiyaların əksəriyyəti bu proseslərdə fəal iştirak edirlər. Biz mayın 16-da bir daha bunun şadi olduq”.