Xalq.az Yenicag.az -a istinadən xəbər verir ki, zərərçəkmiş Sultanəli Qurbanovun şikayəti əsasında 2015-ci ildə 4 işbaz barəsində başladılan cinayət işinə Xalq.az, rus dilində yayımlanan “Bakutime.az” saytının və Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzə-zadə isə bu cinayət işinə həmin işbazlarla əlbir olub zərərçəkmişi aldadan, lakin bu cinayət işinə şahid qismində cəlb edilən Tarverdiyeva Aygün adlı qadının verdiyi yalan və böhtan xarakterli ifadələrə əsasən cəlb edilmişdir 2021- ci ildə . Z. Mirzə-zadə barəsində açılan cinayət işinin ibtidai istintaq mərhələsi cəmi 4 iş günü davam etmiş və iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsində 7 ay keçirilən məhkəmə iclaslarının nəticəsində 8 oktyabr 2021-ci ildə təkzibolunmaz faktlarla günahsızlığı sübuta yetirilərək Zaur Mirzə-zadəyə BƏRAƏT hökmü verilmişdir.
2022- ci ilin may ayında Bakı Appelyasiya Məhkəməsinin hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən iclasda Zaur Mirzə-zadə təhrifolunmuş, heç bir hüquqi əsası olmayan saxta sübutlarla məhkəmə zalında həbs edilib və ona 5 il azadlıqdan məhrumetmə cəzası verilib.
Jurnalistin vəkili, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Kamran Musayev Yenicag.az-a açıqlamasında bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin verdiyi qərar qanunaziddir. Zaur Mirzəzadənin günahsız olduğunu bildirən vəkilin sözlərinə görə, o, əsassız olaraq həbsə məhkum edilib.
Vəkil Kamran Musayevin sözügedən açıqlamasını təqdim edirik: