"Mücrü" nəşriyyatı gənclər arasında I Ümumrespublika Hekayə Müsabiqəsinə start verib. Müsabiqədə məktəblilər, tələbələr və gənc yazarlar iştirak edə bilər. İlk 20 yerin qalibi mükafatlandırılacaq. Müsabiqəyə göndərilmiş əsərlər "Mücrü" proza jurnalının xüsusi sayında kitab şəklində çap ediləcək.
Olaylar.az-ın xəbərinə görə, "Mücrü" nəşriyyatından bildirildi ki, hekayələr üçün mövzu məhdudiyyəti yoxdur. Həmçinin, əsərlər Azərbaycan və rus dillərində göndərilə bilər.