"Tərtərdə ANAMA əməkdaşları avtomobillə hərəkətdə olarkən minaya düşüb və həyatlarını itiriblər. Çox ağır bir faciə oldu. Bu faciəvi ölüm ağır və təhlükəli işlə məşğul olan ANAMA əməkdaşları ilə bağlı sosial qayğının, əmək haqqının, sığorta və onların ölümündən sonra özlərinə, ailə üzvlərinə hansı münasibətin sərgilənməsi məsələsini gündəmə gətirir".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev deyib.
Deputat bildirib ki, ANAMA əməkdaşlarının əmək haqqına yenidən baxılmalı və onların ölümündən sonra şəhidlik statusunun verilməsi məsələsi gündəliyə çıxarılmalıdır:
"Bu işğaldan azad olunan Qarabağda vəzifə borcunu yerinə yetirən zaman baş verirsə, o zaman elə bu şəhidliyə bərabər tutulmalı məsələdir. Təklif edirəm ki, ANAMA işçilərinin əmək haqqı artırılsın, onlara və ailə üzvlərinə güzəştlər nəzərdə tutulsun, həlak olan əməkdaşlara isə şəhid statusu verilsin".