“HƏMAS döyüşlər başa çatana qədər əsirlərlə bağlı danışıqlar aparmayacaq”.
Sabahinfo.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı qruplaşmanın liderlərindən biri İsmail Haniya açıqlayıb.
“Bütün tərəflərə bildirmişik ki, əsir götürdüyümüz israillilərin məsələsi döyüşlər başa çatana qədər açılmayacaq”, - deyə Haniya qeyd edib.
Qeyd edək ki, HƏMAS-ın nümayəndəsi Musa Abu-Marzuk oktyabrın 9-u verdiyi açıqlamasında bildirib ki, 130-a yaxın əsirə malikdirlər. Onlar arasında ikili vətəndaşlığa sahib şəxslər də var.
Onu da xatırladaq ki, Abu-Marzuk daha əvvəl qruplaşmanın İsraillə danışıqlara açıq olduğunu bəyan etmişdi: “Biz məqsədlərimizi yerinə yetirdik. Biz istənilən müzakirələrə və siyasi dialoqa açığıq”.