Hərbçilərin mənzil təminatına büdcədən 35 milyon manat ayrılacaq

Hərbçilərimizin sosial təminatı məsələlərini nəzərə alaraq, Müdafiə Nazirliyinin 20 il və daha çox xidmət etmiş hərbi qulluqçuların mənzillə təminatı üçün gələn ilin dövlət büdcəsində 35 milyon manat vəsaitin ayrılması planlaşdırılır.

Sabahinfo.az xəbər verir ki, bu sözləri Azərbaycanın maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin noyabrın 18-də keçirilən iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, cari ildə olduğu kimi, 2025-ci ilin dövlət büdcəsinin prioritet xərclərində xüsusi önəm verilən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası üçün 4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.