Həssas qruplarla iş – QHT konsultasiya və təlimləri davam edir

“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi , Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ailə, cəmiyyət və biz …!” Həssas qruplara aid uşaq və ailələrin sosial – tibbi və psixoloji reabilitasiya sahəsində maarifləndirmə layihəsnin icrası davam edir.

 

“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi sədri və layihə rəhbəri Cəmilə Çingizqızı xəbər verib ki, layihənin icra planına uyğun olaraq sağlamlıq imkanları məhdud uşaqların konsultasiyası və valdeyinləri ilə fərdi psixoloji söhbətlər aparılıb və mütəxəssislər tərəfindən maarifləndirici təlimə cəlb olunublar. Təlimdə eşitmə məhdudiyyətli, sağlamlıq imkanları məhdud , həssas qruplardan olan uşaqların valideyinləri ilə psixoloji təlimdə , uşaqların reablitasiyaya cəlb olunması və sosial inteqrasiyasının vacibliyi, əlilliyin dərki və qanunları haqqında müzakirə. maarifləndirmə işinin aparılması , Dövlət proqramına əlavə təkliflərin verilməsi haqqında müzakirələr aparılıb.

 

Bu təlim çərçivəsində həssas qaruplara aid uşaqların valideyinləri ilə görüş oldu. Valideyinlərə uşaqların  nitqləri ilə bağlı məlumatları layihənin loqopedi və Psixodinamika reablitasiya mərkəzinin psixoloq- loqopedi Ləman Rəfiyeva məlumat verdi. Reablitasiyanın bu uşaqların  həyatında ən vacib rol oynadığını vurğuladı.Bununla yanaşı valideyinləri narahat edən sualları cavablandırdı. Eyni zamanda uşaqlarnan ev şəraitində işləmə qaydalarına dair məlumatlar verdi. Təlimin ikinci hissəsində layihə psixoloqu və “Psixodinamika” reablitasiya mərkəzinin klinik psixoloqu Səidə Abbasova uşaqların  ailənin  əsas inkişaf qanunauyğunluqları, fərdi psixaloji xüsusiyyətləri ontogenezin pozulmasını şərtləndirən səbəblərlə tanış etdi. Eyni zamanda onlara övladları ilə davranış qaydalarını açıqladı və   sosial adaptasiyasının  necə qurulması barədə valdeyinləri məlumatlandırdı.   Beləliklə  maarifləndirici təlimlərimizdə  valideyinlər, uşağın əsas inkişaf qanunauyğunluqları, fərdi psixaloji xüsusiyyətləri  və inkişaf pozulmasını şərtləndirən səbəblərlə tanış olundular. Təlim  nəticəsində, valideyinlər  ətraflarında olan oxşar problemli  ailələrin olduğunu görürdü və başqa  ailələrin nümunəsindən əmin olurdular  ki, uşağın inkişafında valideyinlərin iştirakı uşağı uğura aparır və fəal valdeyin mövqeyi və adekvat özünüqiymətləndirmə formalaşdırır.


Ümid edirik ki, qazanılan biliklər valideyinlərə uşaqlarla gələcək fəaliyyətlərində  kömək etmiş olacaq və qazandıqları bilik və bacarıqları evdə öz uşaqları ilə iş prosesində tətbiq edəcəklər və uşaqlarını necə varsa, o cür qəbul edəcəklər.

 

 Yadda saxlamalıdır ki,  həssas qrupa aid olan uşağın tərbiyəsindəki səylər, səbr və əmək mütləq öz  bəhrəsini verəcək. Həmçinin layihə çərçivəsində sağlamlıq imkanları məhdud uşaqların digər həmyaşıdları ilə birgə aktivitiyə cəlb olunması da təşkil olunub. Layihə davam edir.