Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə
günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən
mühüm başlanğıcların əsası qoyulub, dövlətçilik tarixində yeni şanlı səhifə açılıb. 1991 – ci il, 3 sentyabr tarixində Qurtuluşumuzun banisi, Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri seçilməsi belə əhəmiyyətli tarixlərdən biridir.
1990-cı illərin əvvəlləri SSRİ-nin süqutu və müstəqillik uğrunda mübarizə Azərbaycanın siyasi mənzərəsində mühüm dəyişikliklərə səbəb olmuşdur. Belə ki, ölkənin inkişafı və milli kimliyinin qorunması üçün böyük əhəmiyyət kəsb edən bir Lider olan Ulu Öndər Heydər Əliyev, siyasi fəaliyyətə yenidən qayıtmışdır. Bu dövrdə Ulu Öndər Naxçıvana gedərək burada Azərbaycanın siyasi və iqtisadi vəziyyətinin sabitləşməsi üçün fəaliyyətə başlamışdır. Ümumilli Liderimizin böyük siyasətə qayıdış dövrü hesab edilən bu dövr, nəinki Naxçıvan , həm də bütün Azərbaycan üçün həlledici olmuşdur.
Heydər Əliyevin Naxçıvana gəlişi ilə bölgənin siyasi həyatı yeni mərhələyə qədəm qoydu. 1990-cı ilin 17 noyabr tarixində Naxçıvan Ali Məclisinin ilk sessiyasında deputatların istəyi və böyük təkidi nəticəsində Ulu Öndər Heydər Əliyevin sədrlik etdiyi Naxçıvan parlamenti öz fəaliyyətinə başlamışdır. Ulu Öndərin rəhbərliyi ilə Naxçıvan Ali Məclisinin fəaliyyəti, Azərbaycanın suverenliyini qorumağa hesablanmış və Naxçıvanın iqtisadi, sosial və mədəni sahələrdə inkişafını təmin etmək məqsədini hədəfləmişdir. Həmçinin, bu dövrdə Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində Naxçıvan özünü müdafiə edə bilən bir bölgə kimi formalaşmağa da başlamışdır.
17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırılmış, milli bayraq məsələsi ilə əlaqədar 2 bəndlik qərar qəbul edilmişdir. Bununla belə, Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının adından "Sovet" və "Sosialist" sözləri çıxarılmışdır. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra edilməsi olduqca yüksək siyasi səriştə və cəsarət tələb edirdi ki, Ulu öndər Heydər Əliyev bunu nümayiş etdirmişdir. Eyni zamanda, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırılmış, Sovet ordusu, əsgəri birlikləri Naxçıvan Muxtar Respublikası ərazisindən çıxarılmışdır. Azərbaycanın dövlətçiliyinin qorunması və milli kimliyinin yenidən bərpa edilməsi istiqamətində atılan bu mühüm adımlar ilə Heydər Əliyevin rəhbərliyi altında Naxçıvanda milli dövlətçilik ənənələrinin bərpası prosesi başlamışdır.
3 sentyabr 1991 – ci il Azərbaycan Respublikasının tarixində ən mühüm, yadda qalan günlərdən biri hesab olunur. Belə ki, bu tarixdə Ümumilli Liderimiz Heydər Əliyev deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri seçilmişdir. Bununla da nəinki Naxçıvanın, həmçinin Azərbaycan Respublikasının rifaha, qurtuluşa doğru irəliləməsinin təməli qoyulmuşdur. Ulu öndər söyləmişdir : “Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”
- davam etdiyi, enerji resurslarının çatışmadığı bir dövrdə Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri kimi Naxçıvanın iqtisadi inkişafı və sabitliyi üçün genişmiqyaslı islahatlar həyata keçirdi.
1991 –1993-cü illər arasında qəbul edilən iqtisadi qərarlar və görülən tədbirlər nəticəsində Naxçıvanda sosial-iqtisadi sabitlik təmin olundu. Bu islahatlar Naxçıvanın dayanıqlı inkişafının əsasını təşkil edərək, onun Azərbaycan daxilində və beynəlxalq arenada güclənməsinə səbəb oldu.
Ulu öndər Heydər Əliyev milli ideoloji məsələlərin önə çəkilməsinə xüsusi əhəmiyyət verirdi. Elə buna görə də o, bir sıra təxirəsalınmaz tədbirlər gördü və tarixi qərarlar qəbul etdi. İlk növbədə, 1990-cı il 20 Yanvar hadisələrinin siyasi və hüquqi əsaslarla Azərbaycan xalqına qarşı yönəlmiş cinayət olduğu barədə qərar qəbul edildi. Bununla yanaşı, Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Ali Məclisinin qərarı ilə "31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəyliyi və Birlik Günü" kimi qəbul edildi. Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş bu qərar dünya azərbaycanlılarının birliyi ideyasının formalaşdırılmasında və milli həmrəyliyin gücləndirilməsində mühüm rol oynayaraq, dünya azərbaycanlılarını bir araya gətirən tarixi bir hadisə kimi qeyd olundu.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti ilə Azərbaycan SSR Ali Soveti 1991-ci il fevralın 5-də “ Dövlət Bayrağı haqqında “ qanun qəbul etməyə məcbur oldu. Beləliklə, Azərbaycanın dövlətçilik tarixində mühüm hadisələrdən biri kimi yadda qalan bu qərarla, Heydər Əliyevin liderlik keyfiyyətləri bir daha özünü təsdiq etdi.
Bütün bu qərarlar Azərbaycanın müstəqilliyi yolunda atılan mühüm addımlar olmaqla yanaşı, Naxçıvanın gələcəkdə bağımsız və güclü bir bölgə kimi inkişaf etməsinə də zəmin yaratmış və Heydər Əliyevin dövlətçilik siyasətinin parlaq nümunəsi kimi tarixdə iz qoymuşdur.
Heydər Əliyevin rəhbərliyi altında Naxçıvanda iqtisadi və sosial sahələrdə böyük irəliləyişlər əldə edildi. Blokada şəraitində olan Naxçıvanın inkişafı üçün sosial-iqtisadi sahələrdə aparılan islahatlar və infrastruktur layihələri həyata keçirildi. Bu dövrdə Naxçıvanın kənd təsərrüfatı sahəsində də mühüm tədbirlər görüldü, iqtisadiyyatın dayanıqlı inkişafı təmin edildi.
Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Ali Məclisi Türkiyə və İran ilə münasibətlərin inkişafı istiqamətində mühüm addımlar atdı. 1992-ci ildə Türkiyə ilə imzalanan Ankara protokolu, Naxçıvanın xarici əlaqələrinin genişləndirilməsi və iqtisadi-sosial inkişafı üçün böyük imkanlar açdı. Eyni zamanda, İran ilə dostluq münasibətlərinin qurulması, Naxçıvanın regional sabitliyini və inkişafını təmin edən əhəmiyyətli addımlardan oldu.
Heydər Əliyevin Naxçıvanda həyata keçirdiyi islahatlar, Azərbaycanın dövlətçilik tarixinə mühüm töhfələr vermişdir. Onun rəhbərliyi ilə Naxçıvanda həyata keçirilən tədbirlər və qəbul edilən qərarlar, Azərbaycanın müstəqillik yolunda atdığı əhəmiyyətli addımlardır. Heydər Əliyevin bu dövrdə göstərdiyi siyasi iradə və uzaqgörən siyasət, Azərbaycanın gələcək inkişafının təməlini təşkil etdi və ölkəmizin bu günki nailiyyətlərinin başlanğıcı olaraq tariximizə yazıldı.
Ziyafət Əsgərov
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri.