Heydər Əliyevin liderlik işığı

Xalqımızın taleyində və tarixində silinməz izlər qoymuş ümummilli lider Heydər Əliyevin anadan olmasının 99- cu ildönümüdür. Ümummilli Liderin hakimiyyəti dövründə iqtisadiyyat, sənaye və kənd təsərrüfatı, mədəniyyət və təhsil sahələrində böyük uğurlar əldə olunub. Ümummilli  Liderimiz Biz gənclərə həmişə böyük qaygı ilə yanaşıb, Azərbaycanda müasir gənclər siyasəti 1994- cü ildən gerçəkləşsə də 1996- cı il fevralın 2- i tarixində Ümummilli lider H.Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan Gənclərinin ilk forumu keçirildi və bundan sonra gənclər siyasətinin istiqaməti müəyyən olundu.
Ümummilli Liderin vəsiyyətini həyata keçirən Ali Baş Komandan Prezident İlham Əliyevin dəmir yumruğu ətrafında birləşən Azərbaycan xalqının ləyaqət simvoluna çevrilmiş gənclərimizin yenilməz,dağılmaz təsəvvürü yaradılan erməni faşist ordusunun məhv edilməsi bir daha gənclərimizin vətənpərliyik ruhunda tərbiyəsinin zahiri təzahüridir.
 H.Əliyev irsinin gələcək nəslə öyrədilməsi çox vacibdir.
Biz Gənclər müstəqil Azərbaycan Respublikasının quruculuq işlərində,dövlətçiliyimizin möhkəmləndirilməsində həmişə Ali Baş Komandan Prezident İlham Əliyevin ətrafinda sıx birləşərək istənilən əmrini yerinə yetirməyə hazırıq

Elnarə Həziyeva

SABAHİNFO.AZ saytının şöbə müdiri