Hicran Hüseynova UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardinlə görüşub - FOTO

Azərbaycan Respublikasının Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri Komitəsinin sədri Hicran Hüseynova UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardinlə görüşmüşdür.

Komitə sədri Hicran Hüseynova qonağı səmimi salamlayaraq, Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsi və onun fəaliyyəti haqqında, uşaq qanunvericiliyi, ölkəmizin qoşulduğu beynəlxalq uşaq konvensiyaları və UNİCEF-lə əmakdaşlıq haqqında məlumat verdi. Bildirdi ki, “Komitənin əsas işi - ailə münasibətləri, o cümlədən himayəçilik və qəyyumluq, qadın və uşaq hüquqlarıının müdafiəsi və həyata keçirilməsi, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığı ilə bağlı qanun layihələri hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə rəy verir. Nəzərinizə çatdırım ki, hazırda parlamentin bu sahələr üzrə mükəmməl qanunvericilik bazası var. Qəbul edilmiş qanunlar içərisindən “Ailə Məcəlləsini”, “Uşaq hüquqları haqqında” qanunu, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” və.s kimi qanunlarımızı misal çəkə bilərik. Onu da nəzərinizə çatdıraq ki, ölkəmiz təbii ki, “Uşaq Hüquqları Bəyannaməsinə” və “Uşaq Hüquqlarına dair Konvensiyaya” qoşulmuşdur. Bu cür görüşlər və fikir mübadilələri əməkdaşlığın daha da möhkəmlənməsinə öz müsbət təsirini göstərir.” Milli Məclisin Komitə sədri Hicran Hüseynova əməkdaşların hazırladığı ailə, qadın və uşaqlarla bağlı qanunvericilik aktları ilə bağlı məlumat toplusunu cənab Edvard Karvardinə təqdim etdi. Səmimi qəbul üçün minnətdarlığını bildirən Edvard Karvardin uşaqların problemləri, onların həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Görüşdə UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin və Milli Məclisin əməkdaşları iştirak edirdilər.