Hulusi Akar Türkiyənin Ermənistan üzrə xüsusi nümayəndəsini qəbul edib

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyənin Ermənistan üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçı qəbul edib.

Sabahinfo.az-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, Türkiyə və Ermənistan münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndələr təyin ediblər. Xüsusi nümayəndələrin ilk görüşü yanvarın 14-də Moskvada baş tutacaq.