Fransanın Bas-Rhin əyalətində ictimai yerlərdə içki satışı və istifadəsi qadağan edildi. Ölkənin şərqindəki Bas-Rhin əyalətində yeni tip koronavirus (Kovid-19) hadisələrinin sürətlə artması səbəbindən ictimai yerlərdə məcburi maska istifadəsinə yenidən başlandı. (17 iyun tarixində maska məcburiyyəti ləğv edilmişdi). Məlumata görə Bazarlarda, ictimai nəqliyyat vasitələrində, nümayişlərdə, küçələrdəki ictimai yerlərdə maska taxmaq məcburiyyəti yenidən qoyuldu. Koronavirusa yoluxanların sayı 100 mində 147 minə yüksələn əyalətdə, açıq ərazilərdə içki satışı və istehlakı da qadağan edildi. Bas-Rhin Qubernatoru Josiane Chevalier, vəziyyətinin pisləşəməsi halında bar və restoranlara da yini məhdudiyyətlər tədbiq ediləcəyini bildirib.