Qərbi Azərbaycan İcması son vaxtlar bir sıra Qərb mediasında guya Azərbaycanın Ermənistana hücum edəcəyi barədə gedən məsuliyyətsiz və təxribatçı yazıları kəskin şəkildə pisləyir.
Bu barədə Sabahinfo.az-a İcmadan bildirilib.
"Azad media, söz azadlığı adı altında ucuz sensasiya, dedi-qodu, böhtanla məşğul olmaq, qərəzli siyasi dairələrin sifarişini yerinə yetirmək jurnalistlərin peşəkarlığı, dürüstlüyü prinsipləri ilə tam ziddiyyət təşkil edir.
Hesab edirik ki, bu cür yazılar, ilk növbədə, Fransa tərəfindən Ermənistanın silahlandırılması və rəsmi Parisin Cənubi Qafqaz regionuna soxulması üçün bəhanə hazırlanmasına xidmət edir.
Bu xüsusda, Almaniya parlamentinin xarici əlaqələr komitəsinin sədri, qeyri-ciddi siyasətçi imici qazanmış Mixael Rotun son günlər İrəvanda verdiyi həyasız açıqlamaları rədd edirik. Azərbaycanı “təcavüz”də, “beynəlxalq hüququ pozmaq”da ittiham edən M.Rota öz ölkəsinin tarixinə diqqətlə baxmağa çağırırıq.
Deyəsən, Avropa Parlamenti, Luis Okampo, Yuri Kimdən sonra Ermənistanın yeni pənah yeri M.Rotdur. M.Rot kimi iqrçi, islamofob təfəkkürlü, ştatlı Azərbaycanofoblar Cənubi Qafqaz regionundan maksumum uzaq durmalıdır" - İcmanın bəyanatında bildirilib.