İcra Hakimiyyətinin başçısı Elvin Paşayev növbəti səyyar görüş keçirib

İcra Hakimiyyətinin başçısı Elvin Paşayev rayonun Əlimədədli kəndində, Nadil kəndində, Danayeri kəndində, növbəti səyyar görüş keçirib.

Prezident cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev növbəti dəfə rayon sakinlərini qəbul edərək, onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib.

Qəbul zamanı şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının müraciətləri növbədənkənar dinlənilib, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.

Vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, suvarma su ilə bağlı problemlərin aradan qaldırılması, evinin təmir olunması, məşğulluq, eləcə də digər sosial müdafiə məsələləri ilə bağlı olub.

Qəbulda iştirak edən sakinlərin hər birini ayrılıqda dinləyən Rayon İcra Hakimiyyətinin başçısı qaldırılan bütün məsələlərin nəzarətə götürüldüyünü, hər bir məsələnin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev tərəfindən sakinlərlə keçirilən səyyar görüşlər zamanı vətəndaşlar tərəfindən səsləndirilmiş müraciətlərə həssaslıqla yanaşılır və onları narahat edən problemlərin operativ şəkildə həll edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.

20 iyun 2023-ci il tarixdə Rayon İcra Hakimiyyəti başçısının Qızılqaya qəsəbəsinin sakinləri ilə keçirdiyi səyyar görüş zamanı vətəndaşların qəsəbədaxili yolların təmir olunması təklifləri Göygöl bələdiyyəsinin dəstəyi ilə operativ şəkildə həll edilmiş, qaldırılan məsələ öz həllini tapmışdır.