İctimai Şuradan Gənclər Günü təbriki

Azərbaycan gəncliyi yeni dövrünü yaşayır. Bu dövr inkişaf, tərəqqi və öz müasirliyi ilə seçilir. Bizə QƏLƏBƏ sevincini yaşadan Azərbaycan gəncliyi bu istiqamətdə həyata keçirilən siyasətin təzahürüdür. Əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti nəticəsində gəncliyimiz bütün qayğılarla əhatə olunub. Heydər Əliyevin ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə minlərlə azərbaycanlı gənc aparıcı ali məktəblərdə təhsil aldı. Məhz bu siyasət nəticəsində o zaman ölkəmizdə yüksək ixtisaslı kadrlar yetişdi. Ümumilli lider öz çıxışlarında gəncliyə yüksək qiymət verdiyi bildirirdi:“Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.
Bu gün Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə  gənclərlə bağlı hüquqi normativ aktların qəbulu, gənclərin məşğulluq, asudə avxtlarının təşkili istiqamətində davamlı addımlar atılır. Gənclər ölkənin ictimai-siyasi həyatında önəmli rol oynayır. Həyata keçirilən kadr siyasətində gənclərə xüsusi önəm verilir. Bütün bunlar onu deməyə əsas verir ki, çətin və məsuliyyətli işlərdə Azərbaycan gəncliyi öz öhdəsinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir. 44 günlük Vətən müharibəsi zamanı gəncliyimizin gücünü, qüvvətini, bacarığını gördük.
Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şura olaraq 2 Fevral- Gənclər günü münasibəti ilə bütün gəncləri təbrik edir, potensiallarından dövlətimizin rifahı naminə, fövqəladə halların qorunması yönündə istifadə etmələrini arzu edirik!