İdman siyasətinin fonunda əldə olunan uğurlar onu deməyə əsas verir ki, 2024-cü il Azərbaycan idmanı üçün uğurlu il olub. İdmançılarımız beynəlxalq yarışlarda ölkəmizi ləyaqtlə təmsil etməklə yanaşı qazandıqları medallarla Azərbaycanın idman sahəsində müsbət imicinə töhfələr veriblər.
Ümumilikdə müstəqillik illərindən bu yana Azərbaycanda idman siyasəti uğurla davam etdirilir. Ölkəmizdə yaradılan federasiyalar, yerlərdə Olimpiya Komplekslərinin fəaliyyət göstərməsi idmana olan diqqət və qayğının təcəssümüdür. Təsadüfi deyil ki, istər Olimpiya, istərsə də dünya cempionatlarında Azərbaycan idmançıları öz sözlərini deyirlər. Əldə olunan qələbələrin statistikasında da mühüm irəliləyişlər əldə olunmaqdadır.
İdmanın inkişafının prioritet sahə hesab olunduğu Azərbaycan həm də beynəlxalq yarışlara ev sahibliyi etməklə idman ölkəsi kimi tanınır. 2015-ci ildə birinci Avropa Oyunlarına və 2016-cı ildə “Formula-1” Avropa Qran-prisinə, eləcə də IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi edən Bakı şəhəri Azərbaycanın hərtərəfli inkişafını nümayiş etdirir. Bütün bunlar belə deməyə əsas verir ki, bu sahədə qazandığımız uğurlar Prezident İlham Əliyevin idman siyasəti sayəsində mümkün olmuşdur. 1997-ci ildə İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti oldu və 22 il ərzində ölkənin baş idman idarəsinə uğurla rəhbərlik etdi. Ölkə Prezidenti kimi də cənab İlham Əliyev MOK-un rəhbəri olaraq ölkənin idman həyatında fəal iştirak edir. Azərbaycan idmançılarının Olimpiya Oyunlarında əldə etdikləri nəticələr də bu fəallığın təzahürüdür. Buna görə də, təsadüfi deyil ki, ötən illər ərzində Azərbaycanın regionun əsas idman gücünə çevriləsi təsadüfi qarşılanmır - respublikamızda dünya və Avropa çempionatları və digər yüksək dərəcəli beynəlxalq yarışların keçirildiyini artıq saymaq mümkün deyil.
Əlbəttə, Prezident İlham Əliyevin idmançılara və məşqçilərə yüksək qiymət verməsi gənc nəsillə yanaşı, idmanın inkişafı naminə çalışan bütün insanları da həvəsləndirir. Dövlətimizin başçısı idmançıların sosial vəziyyətinə xüsusi diqqət yetirir ki, bu da onların çıxışına böyük stimuldur.
Beynəlxalq idman tədbirlərinin keçirilməsini həm Azərbaycanın potensialını, həm siyasətini, həm də imkanlarını göstərmək baxımından yüksək qiymətləndirir. İdman sahəsində davamlı inkişaf əminliklə deməyə əsas verir ki, Prezident İlham Əliyevin yürütdüyü uğurlu idman siyasəti ölkədə idmana olan marağın daha da artmasına və sağlam nəslin yetişməsinə güclü təkan verməklə bərabər, hərtərəfli faydaların əldə olunmasına da müsbət təsir göstərir.
İdman Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm faktordur. Dövlət başçısı 2024-cü ilin idman yekunlarına dair keçirilən mərasimdə bu məsələyə xüsusi diqqət yönəldib: “Fiziki güc mənəvi saflığa da yol açır və şadam ki, bizim idmançılarımızın mütləq əksəriyyəti idmanda da, məişətdə də, cəmiyyətdə də nümunədirlər, örnəkdirlər. Onların davranışı, cəmiyyətdəki fəaliyyəti məni və əminəm ki, bütün xalqımızı sevindirir. Azərbaycan gənci məhz belə olmalıdır - vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən saf, öz xalqına, dövlətinə bağlı, heç bir kənar təsirə boyun əyməyən və ləyaqətli Azərbaycan gənci. Əlbəttə ki, 1996-cı ildən bu yana bütün Olimpiya Oyunlarında iştirakımız, o cümlədən bu məqsədi daşıyırdı. Biz özümüzə də, dünyaya da sübut etməli idik və edirdik ki, biz güclü dövlətik. Hər dövlətin gücü isə onun xalqının gücünə söykənir” Onu da qeyd edək ki, Üçüncü MDB Oyunlarının ölkəmizdə keçirilməsi və bu idman yarışlarına hazırlıq onu deməyə əsas verir ki, Azərbaycan idmançıları bu yarışlarda da öz müsbət nəticələri ilə xalqımızı sevindirəcək.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı