"İlin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalanacaq".
Sabahinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan avqust ayının 31-də Brüsseldə keçirilən üçtərəfli görüş barədə bəzi təfərrüatları bildirərkən deyib.
Erməni KİV-lərinin məlumatına görə, o, bu məlumatı Kommunist Partiyasının deputatları ilə qapalı görüş keçirərək qeyd edib.
Bundan əvvəl qeyd olunub ki, üçtərəfli görüşün növbəti mərhələsi cari ilin noyabr ayında keçiriləcək. (unikal)