“Dekabrın 15-də YAP-da alınan qərara əsasən, İlham Əliyev namizəd göstərilib”.
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin 19 dekabr 2023-cü il tarixli iclasında sədr Sahibə Qafarova deyib.
“İlham Əliyev xalqımızın dərin hörmət və məhəbbətini qazanıb. Azərbaycan dünyanın ən dinamik, inkişaf edən ölkələri sırasında yer alıb. Dövlətimizin suverenliyini bərpa edərək xalqımızın milli qürurunu özünə qaytardı. Əminliklə söyləmək olar ki, möhtərəm İlham Əliyevə xas olan səriştə ilə Azərbaycan daha böyük uğurlara imza atacaq”./bakivaxtı.az