İlham Əliyevdən kənd təsərrüfatı məhsulları ilə bağlı FƏRMAN

“Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilib.

Sabahinfo.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Prezidentinin 2021-ci il 1 sentyabr tarixli 1436 nömrəli Fərmanının (Azərbaycanın Qanunvericilik Toplusu, 2021, № 9, maddə 976 (Cild I) 2-ci hissəsi ləğv edilsin.