İmran Xan dövlət sirlərini açıqlamaqda ittiham edilir

Pakistanın keçmiş Baş naziri İmran Xan dövlət sirlərini açıqlamaqda təqsirli bilinərək ittiham olunub.

Sabahinfo.az "Blomberg"ə istinadən xəbər verir ki, məhkəmədə keçmiş Baş nazir və onun ovaxtkı xarici işlər naziri Şah Mahmud Qureyşiyə qarşı ittiham irəli sürülüb.

Bildirilib ki, o, ötən ilin əvvəlində Pakistanın Vaşinqtondakı səfirindən İslamabada göndərilən məxfi dövlət sirrini yaymaqda ittiham olunub.

Cinayət əməli sübuta yetirilərsə, keçmiş Baş naziri 14 il həbs cəzası gözləyir.