Geosiyasi proseslərin gedişi cənab İlham Əliyevin suverenliyimizin tam bərqərar olmasına qədərki ümummilli mübarizəsi nə qədər konseptual, nə qədər uzaqgörən və əhatəli olduğunu sübut edib.
Sabahinfo.az xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmov parlamentin plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün xeyli sayda dövlət var ki, tam müstəqilliyə və suverenliyin bərpasına nail olmaq üçün Azərbaycan Prezidentinin illər əvvəl əldə etdiyi nəticələrə nail olmaq hələ indi mücadiləyə start veriblər.
“Aydındır ki, Prezident İlham Əliyevin mübarizəsi heç kimin gözləmədiyi çox mürəkkəb periodları əhatələyib. Məsələn, illər əvvəl qonşu Gürcüstan qapılarını imperializmin missionerlərinə açarkən Azərbaycan rəhbəri Qərbin də, Şərqin də, Şimalın da, Cənubun da ölkəmizdə möhkəmlətmək istədiyi təsir rıçaqlarını tam zərərsizləşdirməyə nail oldu.
Nəticədə Gürcüstan, Ukrayna kimi dövlətlərin qoynunda böyüyən şişirdilmiş "vətəndaş cəmiyyəti" instututları Qərb agenturası qismində bu dövlət və xalqın iradəsi üzərində kvazi nəzarət uğrunda mübarizəyə başlayarkən Azərbaycan özünün sabit inkişaf yoluna qədəm qoyub”, - o qeyd edib.
Deputat əlavə edib ki, Avropaya vizasız gedib gəlmək idealları ilə yaşayanların əksinə, Azərbaycan potensialını sonrakı dövrdə müstəqillik və suverünliyimizin qarantına çevriləcək layihələr yönəltdi: «İllər sonra, bir vaxtlar vizasız Avropa idealları ilə öyünənlər indi artıq başa düşməyə başlayıblar ki, əslində, müstəqilliklərini 60 avroluq viza rüsumuna qurban veriblər. Nəticədə bir çox coğrafiyalarda hələ də işğal və təcavüz, o cümlədən separatizm və münaqişələrin çiçəkləndiyi bir şəraitdə, Azərbaycan cənab İlham Əliyevin zamanında verdiyi doğru yön sayəsində bu problemləri illər əvvəl arxada qoya bilib”.
O həmçinin əlavə edib ki, bir vaxtlar cənab İlham Əliyevin enerji və nəqliyyat layihələrinə qarşı çıxanlar artıq həmin layihələrin faktiki benefisiarlarına çevriliblər və ən azı elə bu fakt Azərbaycanın regionda əməkdaşlığın və təhlükəsizliyin qarantoru funksiyasını üstləndiyini göstərir.