Türkiyədə baş verən faciə bir daha göstərdi ki, mal-mülk, pul, qızıl, bahalı ev, maşın – hamısı boş şeylərdir. İnsan yalnız hüzur, sağlamlıq istəyir. Canı ağramasın istəyir. Sevdikləri, doğmaları əziyyət çəkməsin, daim yanında olsun istəyir. Bəzən bir saat qapalı məkanda qala bilmirik. Amma indi betonlar arasında saatlarla, günlərlə sıxışıb qalanları gördükcə, insanın nəfəsi daralır. Günlərlə ac-susuz qalan körpələr, yaşlıları təsəvvür etdikcə, yediyimiz yemək boğazımızda qalır. Küçələrdə donan bədənləri düşündükcə, isti evdə rahat otura, isti yataqda rahat yata bilmirik. Odur ki, kiminsə qəlbini qıranda, arxasınca danışanda, bir daha düşünün. Həyatda buna görəmi yaşayırıq? Kimsə sizdən kömək istəyəndə əsirgəməyin, axı, siz də sabah onunla eyni vəziyyətə düşə bilərsiniz. Heç kimi acılamayın. Həmişə təbəssümlə, səbrlə dinləyin, danışın, deyin, paylaşın, bölüşün. Təkcə belə günlərdə deyil, hər gün birimiz hamımız, hamımız birimiz olaq!
Nabat Fərmanqızı