"Azərbaycanın İrandakı Səfirliyinə terror hücumunda şəhid olan Orxan Əsgərovun dəfn mərasiminin bu cür izdihamla keçirilməsi xalqımızın və dövlətimizin şəhidinə verdiyi dəyərin növbəti təzahürüdür".
Sabahinfo.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli dəfn mərasimi zamanı deyib.
Onun sözlərinə görə, bu hadisə Azərbaycan xalqının hiddətinə səbəb olub:
“Bu hadisəyə görə şübhəsiz ki, İran dövləti məsuliyyət daşıyır, çünki beynəlxalq konvensiyaya əsasən, ərazisində səfirliklərin, diplomatik nümayəndəliklərin qorunması məsuliyyəti İranın üzərinə düşür. Azərbaycan xalqı cinayətkarın layiqli cəzasına çatmasını və bu hadisənin hərtərəfli və obyektiv araşdırılaraq məlumat verilməsini tələb edir”, - deyə Ş.Hacılı əlavə edib.