İran XİN-dən Azərbaycanla əlaqələrə dair AÇIQLAMA

"İran-Azərbaycan münasibətləri yaxşı istiqamətdədir".

Sabahinfo.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanla münasibətlər xoşbəxtlikdən yaxşı istiqamətdədir: "İran və Azərbaycan arasında siyasi, iqtisadi və hərbi sahələrdə əməkdaşlıq və dialoq irəliləyir və inkişaf edir. Bu, qənaətbəxşdir".

Bu əməkdaşlıqların ümumi maraqlar çərçivəsində davam edəcəyinə ümid etdiyini deyən Nasir Kənani qeyd edib ki, bu, iradə hər iki tərəfdə mövcuddur.