İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Qətərə səfər edəcək.
Sabahinfo.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumatlı mənbəyə istinadən yazıb.
Bildirilib ki, İranın xarici işlər naziri Livana səfərindən sonra Qətərə səfər edəcək.
Xatırladaq ki, Qətər məhbus mübadiləsi və HAMAS ilə İsrail arasında dörd günlük atəşkəsə dair razılaşmaya vasitəçilik edən ölkələrdəndir.