"Yanvarın 27-də ölkəmizin İrandakı səfirliyinə edilmiş hücum ölkəmizin və regionumuzun gündəmini silkələdi. Aydın görünür ki, bu xain hücumun məqsədi dövlətimizə və onun diplomatlarına qarşı terror aktı idi".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Kamran Bayramov deyib. Deputat bildirib ki, İranın polis orqanlarına böyük suallar var.
"Videogörüntülərdən aydın olur ki, yerli hüquq-mühafizə orqanları terror aktlarının qarşısının alınması,cinayətkarın zərərsizləşdirilməsi üçün sözün əsl mənasında heç nə etmədilər. Təsəvvür edin ki, bu ökənin ərazisində cinayətkarı polis deyil, xarici ölkə vətəndaşı zərərsizləşdirir. İranın aidiyyatı qurumlarının bu cür addımları və davranışı aparılacaq istintaqın obyektivliyinə, qərəzsizliyinə şübhələr yaradır".