İranda etirazçı qadın mülki geyimli zabitlər tərəfindən döyülüb.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Bununla bağlı görüntülər Tehranın Azadlıq meydanında keçirilən etiraz mitinqində çəkilib. “Bəsic” qüvvələri nümayəndəsi mülki geyimli qadını yerə yıxaraq təpikləyir, əlindən telefonunu alır.
Görüntülərdə “Bəsic” üzvlərindən birinin ətrafdakıların video çəkməsinə mane olmaq məqsədilə öz çadrasını sipər kimi açması əks olunub.