İranda McDonalds qadağası

İranın sənaye, mədənlər və ticarət nazirinin müavini, habelə Mədənlərin İnkişafı Təşkilatının sədri Mehdi Kərbasia ABŞ-ın simvolu olan heç bir qida firmasının İran bazarına girə bilməyəcəyini söyləyib.

Sabahinfo.az milli.az-a istinadən xəbər verir ki, nazir müavini deyib: "İran xalqı illərdir ABŞ-ı düşmənlərimizdən biri olaraq görür. Xalqımızın, beynəlxalq mövzularda ixtilaf yaşadığımız ölkənin simvolunu torpaqlarımızda görmək istəmədiyindən əminəm”.

Nazir müavini İrana yönəlmiş beynəlxalq sanksiyalar ləğv edilsə belə, McDonalds-ın bazara daxil edə bilməyəcəyini vurğulayıb.