İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Ermənistandadır.
Sabahinfo.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
XİN başçısının İrəvana səfəri çərçivəsində Ermənistanın yüksək çinli rəsmiləri ilə görüşləri planlaşdırılıb.
***
12:36
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdallahian İrəvanda işgüzar səfərdədir.
Sabahinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
İran xarici işlər nazirinin təyyarəsi “Zvartnots” hava limanına enib.
Səfər çərçivəsində onun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü planlaşdırılır.
İran KİV-lərinin məlumatına görə, Abdullahian Tehran və İrəvan arasında siyasət, iqtisadiyyat və mədəniyyət sahələrində ikitərəfli əlaqələrin genişləndirilməsi yollarını müzakirə etmək niyyətindədir. O, həmçinin “3+3” formatında Cənubi Qafqaz regionu ilə bağlı mühüm məsələlər üzrə məsləhətləşmələr aparacaq.