İsa Həbbibəylinin oğlundan Talıbovla bağlı DƏHŞƏTLİ faktlar - 38 milyon...

Naxçıvan Muxtar Respublikası (MR) Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səhət Həbibbəylinin istintaqa ifadələri oxuyan hər kəsdə heyrət doğurub.

Sabahinfo.az Globalinfo.az-a istinadla xəbər verir ki, o, Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovla bağlı bütün faktları üzə çıxarıb.

Belə ki, onun ifadəsinə görə,  S.Həbibbəyli hər il Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova 30 milyon dollar rüşvət verib. Bu ifadə Vasif Talıbovun həbsi və istintaqa cəlb edilməsi üçün ciddi əsasdır.

Keçmiş sədrin  sözlərinə görə, toplanan məbləğlər get-gedə artdıqdan sonra rəhbərliyə çatdırdığı pulun miqdarı 34 milyon dollar idisə, növbəti il artıq 38 milyon 400 min dollar olub. 

Qeyd edək ki, bu, Talıbovla bağlı rüşvət iddialarının qaldırılmasına lüzum yaradan ilk fakt deyil. Belə ki, MR-nin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi polkovnik Mirzə Cəlilov məhkəmədə ifadə verərək aldığı rüşvəti yuxarı instansiyalara ötürdüyünü "yerli-yataqlı" bildirib.