İsa Həbibbəyli AMEA-nın yeni prezidenti seçildi

Bu gün AMEA-da prezident seçkiləri keçirilib.

Sabahinfo.az xəbər verir ki, seçkidə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli əsas namizəd olub və qurumun prezidenti seçilib.

Qeyd edək ki, qurumun sonuncu prezidenti Ramiz Mehdiyevin istefasından sonra AMEA-nın strukturunda dəyişiklik edilib. Yeni strukturda 22 elmi müəssisə fəaliyyət göstərir. Akademiyanın işçilərinin say həddi 3 510 nəfər müəyyənləşdirilib.

Xatırladaq ki, R.Mehdiyev bu ilin fevralında istefa verib. 

Seçki qapalı keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının yeni Nizamnaməsi təsdiqlənib.