İŞİD qruplaşması 21 misirli xristianı edam etdikdən sonra Misir rəhbərliyinin vəd etdiyi cavab tədbirləri özünü çox gözlətmədi. Anspress-in məlumatına görə, Misir ordusunun xüsusi-təyinatlıları Liviya ərazisində İŞİD qruplaşmasına qarşı əməliyyat keçiriblər. Misir telekanallarının məlumatına görə, aviazərbələr nəticəsində 150 İŞİD döyüşçüsü öldürülüb, onlarla döyüşçü isə əsir götürülüb. Liviya hökumət qüvvələri ilə koordinasiya şəklində həyata keçirilən reyd Derna şəhəri yaxınlığında, terrorçuların təlim düşərgəsinin ərazisində baş tutub. Əməliyyat zamanı Misir ordusunun 2 hərbçisinin də həlak olduğu bildirilir.