İŞİD terror qruplaşmasının Liviyadakı lideri olan Əbu Nebilin olduğu hüceyrəyə aviazərbələr endirilib. "İnterfaks” agentliyi xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) bildirilib.
Pentaqonun nümayəndəsi qeyd edib ki, Birləşmiş Ştatlar Nabilyunun ölüb-ölmədiyini dəqiqləşdirməyə çalışır. Nebil Liviyada İŞİD-in hüceyrəsinin rəhbəri olmadan əvvəl "Əl-Qaidə” terror təşkilatının üzvü idi.
Məlumata görə, bu, Liviyada İŞİD-in rəhbər qrupuna endirilən ilk aviazərbədir.