`İŞİD-lə mübarizədə Xəzərdən istifadə edəcəyik`

"Rusiya Xəzər dənizi üzərindəki hava məkanından İŞİD-lə mübarizədə və terror aktlarında əli olanları cəzalarındırmayanadək istifadə edəcək".

Sabahinfo.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin Tehranda Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedovla görüşdə bildirib.

"O ki, qaldı bizim regiondakı dostlarımızın Xəzər dənizi üzərindəki hava məkanından istifadə edilməsindən narahatçılığına, bizim qazaxıstanlı dostlarımız hələ heç nə deməyib, lakın biz bunu nəzərə alacağıq".

Rusiyanın dövlət başçısı əlavə edib ki, hər hansı bir narahatçılıq yaranarsa, onları minimuma endirmək lazımdır.