İsmayıllı rayon Heydər Əliyev Mərkəzində tədbir

10 May 2023-cü il tarixində İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin kitabxanasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə öncə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Gülnar Yusibova çıxış edərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin müasir tariximizdə müstəsna yer tutduğunu vurğulayıb.

Daha sonra çıxış edən Mərkəzin elmi işçisi Afaq Şamilli istənilən sahənin inkişaf tarixinə nəzər saldıqda Heydər Əliyevin uğurlu siyasətinin, onun misilsiz xidmətlərinin şahidi olduğumuzu bildirdi və Ulu öndərin ölkəmizə rəhbərlik etdiyi illər milli oyanış, tərəqqi, müstəqil dövlət quruculuğu dövrü kimi tariximizin yaddaşına həkk olunduğunu qeyd etdi.

Çıxış edən Məhəmməd Qədirov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsini böyük tarixi hadisə adlandıraraq, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın inkişafında göstərdiyi müstəsna xidmətlərinin, zəngin həyat və fəaliyyətinin daha yaxından öyrənilməsi üçün böyük fürsət olduğunu bildirib.

Mərkəzin kitabxanaçısı Səbirə Allahverdiyeva çıxışında qeyd edib ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.