İsmayıllı rayonunda seçicilərlə görüş...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də İsmayıllı rayonunun Talıstan kəndində seçicilərlə görüş keçirilib.

Görüşdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, təşviqat qrupunun üzvləri Valeh Salehov, Hafiz Kərimov çıxış edərək bildiriblər ki, XXI əsrin Lideri İlham Əliyev ötən 20 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada söz sahibi olan dövlətə çevirib. Diqqətə çatdırılıb ki, bütün ərazilərimiz üzərində suverenliyini bərpa edən, Xankəndi və digər şəhərlərdə üçrəngli bayrağımızı ucaldan Azərbaycan yeni tarixi seçimə hazırlaşır.

Natiqlər seçiciləri bu tarixi seçimi düzgün dəyərləndirərək cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.