İsmayıllıda Heydər Əliyevin 100 illiyi qeyd edildi - FOTOLAR

Bütün ömrünü sədaqət və fədakarlıqla xalqına həsr edən Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü bu gün ölkəmizdə geniş şəkildə qeyd olunur.

10 may 2023-cü il tarixdə müstəqil və müasir Azərbaycan Respublikasının memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar, şəhid ailələri, ictimaiyyət nümayəndələrinin iştirakı ilə ehtiram əlaməti olaraq Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin abidəsinin rayon ictimaiyyəti tərəfindən ziyarəti gün ərzində davam etməkdədir.