İsmayıllıda minik avtomobili ilə yük maşını toqquşub, ölən var

İsmayıllı rayonda minik avtomobili ilə yük maşını toqquşub, ölən var.

Sabahinfo.az  "Report"a istinadən bildirir ki, hadisə avqustun 14-ü saat 13:50-də rayonun Ruşan kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun İsmayıllı kəndində yaşayan, 1970-ci il təvəllüdlü Əsədov Hafis Sabir oğlunun idarə etdiyi "VAZ-21011" markalı avtomobillə qarşı tərəfdən hərəkət edən rayonun Ruşan kəndində yaşayan, 1967-ci il təvəllüdlü Fəhradov Mürsəl Xıdırnəbi oğlunun idarə etdiyi "MAN" markalı yük avtomobili toqquşub. Nəticədə "VAZ-21011" markalı avtomobilin sürücüsü H.Əsədov hadisə yerində ölüb.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi cinayət işi başlanılıb, istintaqı aparılır.