İsmayıllıda şəhid Xəlilov Qədim İlqar oğlu ilə vida mərasimi təşkil olunub - FOTOLAR

Sabahinfo.az xəbər verir ki,sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

İsmayıllı rayonunun Hacıhətəmli kəndində anadan olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmətçisi Xəlilov Qədim İlqar oğlu təxribatın qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

Şəhidimiz Sentyabr ayının 15 də Hacıhətəmli kənd qəbiristanlığında dəfn olunub.

Millət vəkilləri Novruz Aslanov, Tahir Kərimli, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və kollektivi, rayon ictimaiyyəti dəfn mərasimində iştirak edib.

Allah rəhmət eləsin!!!