İsrail HƏMAS rəhbərinin evini bombaladı

İsrail Müdafiə Ordusuna məxsus qırıcılar HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Qəzza zolağındakı evinə zərbələr endirib.

Sabahinfo.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, İsrail HƏMAS-ın yüksək səviyyəli rəsmilərinin görüş yeri kimi istifadə etdikləri evi bombalayıb.